«Şəffaflıq Azərbaycan» təşkilatının icraçı direktoru Almaniya Səfiri və Bundestaqın deputatı ilə görüşüb

22137252_1673218886032280_8718370735885043503_o

«Şəffaflıq Azərbaycan» təşkilatının icraçı direktoru Rena Safaralieva bu gün Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab və Bundestaqın deputatı, Almaniyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrliyinin xüsusi nümayəndəsi, sabiq dövlət naziri Gernot Erler ilə Deutsche Botschaft Baku / Almaniya Səfirliyi Bakı-da bir qrup vətəndaş cəmiyyətinin nümayəndələri üçün təşkil olunan görüşdə iştirak edib.

JURNALISTLƏR ÜÇÜN TƏLİM ELANI

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən icra olunan “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” proqramının komponentlərindən biri olan “Dövlət idarəetməsində, o cümlədən dövlət satınalmalarında şəffaflığın artırılması” layihəsi çərçivəsidə 6 oktyabr, 2017-ci il tarixində jurnalistlər üçün təlim keçiriləcəkdir. ADY Express şirkətinin biznes analitik bölməsinin rəhbəri Fuad Tağıyev tərəfindən aparılacaq təlimin məqsədi jurnalistləri “Power BI” proqramı ilə tanış etmək və onlara məlumatı interaktiv-vizual yolla çatdırmağın metodlarını öyrətməkdir. Continue reading

Milton Fridman pulun xərclənməsinin dörd yolu haqqında və ya dövlət satınalmaları vətəndaşa niyə maraqlı olmalıdır?

Portrait_of_Milton_FriedmanDövlət satınalmalarına vətəndaşların və onları təmsil edən vətəndaş cəmiyyəti institutlarının nəzarəti iki səbəbə görə xüsusi əhəmiyyət kəsb edir. Bu səbəblərdən birincisi odur ki, Hökumətin satın aldığı mallar, işlər və xidmətlər vergiödəyicilərinin dövlət büdcəsinə ödədiyi vəsait hesabına əldə edilir. Büdcə vəsaitlərinin necə xərclənməsi haqqında məlumat əldə etmək vətəndaşların ayrılmaz hüququdur. Vətəndaşların satınalmalara nəzarət etməsi həm də ona görə vacibdir ki, dövlət tərəfindən satın alınan predmetlərin son istifadəçiləri məhz onlardır. Başqa sözlə, əsas maraqlı tərəf kimi vətəndaşların dövlət sifarişlərinin verilməsi və icra olunması prosesində iştirakçılığı yaxşı idarəetmənin əsas prinsiplərindəndir. Continue reading

BEYNƏLXALQ ŞƏFFAFLIQ TƏŞKİLATININ BƏYANATI

Azərbaycan: Vətəndaş Cəmiyyətinin Fəaliyyəti Dayandırılır

AZ_feature2005-ci ilin mart ayında “Şəffaflıq Azərbaycan” təşkilatı (ŞA) Bakı şəhərində ilk pulsuz hüquqi yardım şöbəsi olan Vəkillik və Hüquqi Məsləhət Mərkəzlərini (ALAC) açdığı andan etibarən hər gün, korrupsiya ilə üzləşən 40 000-dən çox insan yardım üçün təşkilata müraciət etmişdir. Bu insanların əksəriyyəti səslərini eşitdirə bilməyən həssas qrupları təmsil edir. Continue reading

“Şəffaflıq Azərbaycan” təşkilatının fəaliyyəti ilə əlaqədar

16143205_1380061785347993_1234455179432521929_n“Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin mərkəzlərinin pulsuz hüquqi xidmətlərindən istifadə edən vətəndaşlarımızın nəzərinə çatdırmaq istərdik ki, Gəncə və Quba şəhərlərində fəaliyyət göstərən mərkəzlərimiz avqust ayının 1-dən fəaliyyətini dayandırıb. Təşkilatın Bakı ofisi isə qarşıdakı 2 ay ərzində könüllü əsasda fəaliyyətini davam etdirəcək və məhdud miqyasda hüquqi yardım göstərəcəkdir.
Continue reading

Jurnalistlər üçün Satınalmalar Sahəsində Təlim Elanı

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən icra olunan “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” proqramının komponentlərindən biri olan “Dövlət satınalmalarının şəffaflığının artırılması” layihəsi çərçivəsində 8-9 iyul 2017-ci il tarixlərində saat 10.00-18.00 arasında jurnalistlər üçün 2-günlük təlim keçiriləcəkdir. Continue reading

GÖMRÜK XİDMƏTİ İLƏ BAĞLI SORĞU

«Şəffaflıq Azərbaycan» təşkilatı biznes subyektləri arasında GÖMRÜK XİDMƏTİ ilə bağlı SORĞU keçirir.
Sorğunun məqsədi gömrük xidmətini şəffaflıq, operativlik, rahatlıq, səmərəlilik nöqteyi nəzərdən təhlil etmək və gömrük xidmətinin inkişafı ilə bağlı Dövlət Gömrük Komitəsinə tövsiyələr hazırlamaqdır.
Sözügedən tövsiyələr 2017-ci ilin iyul ayında keçiriləcək dəyirmi masada komitəyə təqdim ediləcəkdir. Sorğuda iştirak edərək, gömrük xidmətinin daha yaxşı təşkil edilməsinə öz töhfənizi verə bilərsiniz.